“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibiyik

   Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunan “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

   Bakı Şəhəri üzrə Təhsil İdarəsində keçirilən tədbirdə idarənin müdir müavini Anar Məmmədov, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, qalib məktəblərin direktorları və məktəblərin saytının idarə edilməsi üzrə məsul şəxslər iştirak ediblər.

Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin 2022-2023-cü tədris ilinin nəticələrinə görə, Xətai rayonu üzrə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəb münsiflər heyəti tərəfindən qalib seçilib.

Tədbirdə çıxış edən Anar Məmmədov qalibləri təbrik edib və müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə keçirilir.

   Qalib məktəb direktorları məktəb saytlarının müvafiq meyarlara uyğunlaşdırılması istiqamətində görülmüş işlərdən danışıb və müsabiqənin təşkilinə görə təşəkkürlərini  bildiriblər.

   Sonra müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər idarə tərəfindən diplomla mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi