"Sənətin ən yaxşı bilicisi" kulinariya müsabiqəsi

   Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Sənətin ən yaxşı bilicisi" kulinariya müsabiqəsi keçirilib. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Gənclər və İdman İdarəsi Xətai rayonu üzrə Sektorun birgə təşkilatçılığı ilə təşkil olunan müsabiqənin təşkilində məqsəd peşə təhsilinin təbliği və mətbəx mədəniyyətinin gənclər arasında təbliğ olunmasından ibarətdir. Müsabiqədə Xətai rayonunda yerləşən 86, 204, 260, 264 nömrəli tam orta məktəbin şagirdləri və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Aşpaz ixtisası üzrə təhsil alan I kurs tələbələri iştirak edib.

   Müsabiqədə soyuq qəlyanaltılar və "Nar salatı" hazırlanıb. Hazırlanan təamlar münsiflər heyəti olan Aşpazlar Gildiyasının üzvləri tərəfindən qiymətləndirilib.

   Müsabiqənin nəticəsinə əsasən 86 nömrəli tam orta məktəb II yerin qalibi olub.

   Qaliblər və iştirakçılar diplom, təşəkkürnamə və  hədiyyələrlə təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi