Psixoloq saatı: Breyn-rinq oyunu keçirilib

Müasir dövrümüzdə şagirdlər dərslərinin çoxluğu və bəzən də mürəkkəbliyi səbəbindən fiziki cəhətdən çox yorulur, emosional cəhətdən isə zəifləyirlər. Şagirdlərdə motivasiyanın yaradılması, onların psixo-emosional vəziyyətinin yaxşılaşdırılması istiqamətində işin aparılması vacib amillərdəndir. Bu məqsədlə məktəbin psixoloqu Şəfəq Soltanova yeniyetmə şagirdlərlərlə psixo-intellektual oyun təşkil edib. Hər mərhələnin özünəməxsus şərtləri ilə tanış olan şagirdlər yarış zamanı aktiv iştirak ediblər. Sonda münsiflər heyətinin üzvləri məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini Leyla Binnətova və UBT rəhbəri Şərqiyyə Əliyeva şagirdlərə ballarını açıqlayaraq qalibi elan ediblər. Şagirdlərə bilmədikləri, çətinlik çəkdikləri məqamlarda köməklik göstərilib.