Dahi Lider Heydər Əliyevin Anım Günü

     Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır.
    Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar “Dəyirmi masa” keçirilib. Məktəbin Rus dili və ədəbiyyat müəllimi İnna Romanova Ulu Öndərin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olunması, müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsi barədə şagirdlərə ətraflı məlumat verib. Həmçinin Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin qalib ölkənin lideri kimi dünyada tanındığı və onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaət sayəsində ərazi bütövlüyümüzün bərpasının tam təmin olunmasının qürurverici hiss olduğu qeyd olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi