XXI əsrin bəlası: Narkomaniya

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə psixoloq Şəfəq Soltanova və Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyevanın təşəbbüsü ilə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Cavid Əliyev, Xətai RPİ-nin rəisi polis polkovniki Vaqif Müslümov, Xətai RPİ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi polis polkovnik-leytenantı İdris Məhərrəmov, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov və Lamiyə Hüseynova, Referans klinikasının psixoloqu Könül Telman qızı, Bakı şəhəri Narkoloji Dispanserin həkim-narkoloqu Vəfa Əliyeva, həmçinin yuxarı sinif şagirdləri iştirak ediblər.

   İclasda Xətai RPİ-nin rəisi polis polkovniki Vaqif Müslümov çıxış edərək, tədbirin təşkilində məqsədin hər kəsi zərərli vərdişlərdən uzaq olmağa və sağlam həyat tərzi seçməyə çağırmaq olduğunu bildirib.

   Xətai RPİ-nin rəisi şəxsi heyətlə iş üzrə rəis köməkçisi polis polkovnik-leytenantı İdris Məhərrəmov şagirdlərə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması  haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyin və qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağın hər kəsin vəzifəsi olduğunu bildirib.

   “Narkotik maddələr tələdir, bu tələyə düşənin sonra oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir” – deyə psixoloqu Könül Telman qızı öz münasibətini bildirib.

   Eyni zamanda Vəfa Əliyeva psixotrop maddələr haqqında həqiqətlər, psixotrop dərmanların uzunmüddətli istifadəsinin təsiri, asılılıq yaradan tibbi dərmanların növləri, qəbul olunan depressantların nəticələri haqqında iştirakçılara ətraflı məlumat verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi