“7-dən 17-yə vətənpərvər!”

   Şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa torpağa bağlılıq hissini yüksəltmək məqsədilə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə “7-dən 17-yə vətənpərvər!” layihəsinə əsasən tədbir təşkil olunub. Tədbir iştirakçılarına işğaldan azad edilmiş bölgələrin  tarixi və coğrafiyası, mədəni abidələri, tarixi şəxsiyyətləri ilə bağlı məlumat verilib. İşğaldan azad edilmiş bölgələrdə həyata keçirilən quruculuq işləri ilə bağlı videomateriallar nümayiş olunub. “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində şagirdlər tərəfindən hazırlanan rəsm, multimedia resursları və digər yaradıcılıq nümunələri iştirakçılar tərəfindən maraqla izlənilib.

   Tədbirdə sonunda layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərdə fərqlənən şagirdlər müxtəlif nominasiyalar üzrə rəhbər heyət tərəfindən mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi