Məktəb kitabxanasında “Dəyirmi masa” təşkil olunub

   Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgilərinin təşkil olunması nəzərdə tutulmuşdur.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin kitabxanasında 7c sinif şagirdləri ilə Zəfər Gününə həsr olunmuş “Dəyirmi masa” təşkil olunub. Məktəbin kitabxana müdiri Gülnarə Abbasova Azərbaycanın müasir tarixində fəxarətlə, qürurla anılan Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verib. O, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətini şanlı qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun zəfər yürüşü və bununla da dünya hərb tarixindəki yeri barədə söhbət açıb.

   Məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyeva bildirib ki, bu gün hər kəs Qarabağ savaşında Vətəni üçün canından keçən şəhidlərimizin qəhrəmanlıq məktəbindən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməli, Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunun növbəti nəsillərə çatdırılmasına öz töhfəsini verməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi