"Peşələr Festivalı" keçirilib

   4 dekabr 2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakı şəhərində, Dənizkənarı Milli Parkda "Peşələr Festivalı" keçirilib. Bu il ikinci dəfə təşkil olunan "Peşələr Festivalı" ümumilikdə 10 bölgəni əhatə edib. Festivalda 14 peşə haqqında maarifləndirici tədbirlər həyata keçirilib. İştirakçılar festivala qatılmaqla peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunduğu barədə məlumatlar əldə ediblər. Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ\UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf\videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilib.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi