Psixoloq saatı: Bulinqlə mübarizə

   Son zamanlar  dünyanın bütün ölkələrinin  təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda  yer almış bulinqdir. Bulinq - özünə, digər şəxsə, bir qrup insana, icmaya qarşı yönələn və nəticədə cismani zədələr, ölüm, psixoloji travma, inkişafın pozulması və ya digər formada zərər vuran (yaxud böyük ehtimalla güman olunan) həqiqi və ya hədə şəklində qəsdən edilən fiziki qüvvə və ya səlahiyyətin tətbiq edilməsidir.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin psixoloqu Şəfəq Soltanova yeniyetmə şagirdlərlə  “Bulinqlə mübarizə” mövzusunda maarifləndirici seminar keçirib. Seminarın keçirilməsində əsas məqsəd şagirdlərə bulinq haqqında ətraflı məlumat vermək və onları aqressiv davranışlardan çəkindirməkdir. Şəfəq Soltanova çıxışı zamanı bulinqə məruz qaldıqda nə etməli və kimlərə məlumat verməli olduqları barədə tövsiyələr verib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi