“Yollarda təhlükəsiz davranışı öyrənək” mövzusunda yarış keçirilib

   Noyabrın 27-də Heydər Əliyev Mərkəzində orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Yollarda təhlükəsiz davranışı öyrənək” III intellektual yarış keçirilib. Yarış Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil edilib.
   Layihənin məqsədi yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği, məktəblilərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsindən ibarətdir. Yarışda Bakı şəhərinin 55 orta ümumtəhsil məktəbinin 7-8-ci sinif şagirdlərindən ibarət komandalar iştirak edib. İntellektual mübarizədə iştirakçılar “Yol hərəkəti qaydalarının tarixi”, “Avtomobillərin tarixi”, “Yol hərəkətinin iştirakçıları”, “Nəqliyyat vasitələri”, “Piyadalar və velosipedçilər”, “Avtomobillərin quruluşu və təchizatı”, “Yol nişanları” və digər mövzulara dair sualları cavablandırıb.
   Yarışın üç turunun yekununa əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin şagirdləri rəqiblərinə qalib gələrək, II yerə layiq görülüblər. Şagirdlərimizi rəhbər heyət adından təbrik edir, gələcək həyatında uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi