“İnsan alverinə qarşı mübarizə” mövzusunda seminar

   Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən ölkəmizdə insan alverinin qarşısının alınması barədə bir çox işlər görülmüşdür.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici seminar təşkil olunub. Məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyeva “İnsan alveri – yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.”-deyə şagirdlərə ətraflı məlumat verib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi