Psixotrop maddələrin insan sağlamlığına zərəri

   Ailə-məktəb münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə və özünü dərk etməsinə, bilik və bacarıqları inkişaf etdirməsinə sistemli tövhə verir. Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir.

   Zərərli vərdişlər və onların yaratdığı fəsadlarla bağlı valideynləri məlumatlandırmaq məqsədilə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə valideyn komitələrinin iştirak etdiyi “Psixotrop maddələrin insan sağlamlığına zərəri” mövzusunda seminar təşkil olunub.

   Seminarda psixotrop maddələr haqqında həqiqətlər, psixotrop dərmanların uzunmüddətli istifadəsinin təsiri, asılılıq yaradan tibbi dərmanların növləri, qəbul olunan depressantların nəticələri haqqında valideynlərə ətraflı məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi