“Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır”

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait” hazırlanmışdır. VIII-IX siniflərdə reproduktiv sağlamlıq mövzusunda məşğələlərdə sinif rəhbəri ilə birlikdə məktəbin psixoloqu, biologiya müəllimi, məktəbin həkimi və ya tibb bacısının iştirakı mütləqdir.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə VIII siniflər üzrə “Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır” mövzusunda maarifləndirici seminar təşkil olunub. İştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib və videoçarx nümayiş etdirilib.
Seminarın sonunda şagirdlər gigiyena barədə zəruri informasiya qazanıb, şəxsi və ümumi gigiyena qaydalarını şərh edib, ətraf mühitin insan sağlamlığına təsirini izah ediblər.