Şagirdlərimiz Bakı Beynəlxalq Kitab Sərgisində

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Elena Şahbazovanın rəhbərliyi ilə 6e sinif şagirdləri 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər. 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

   Sərgidə məktəblilər master-klassları, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatlarını izləyib, stendlərə baxış keçirib, Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarları ilə görüşüblər. Sərgi çərçivəsində keçirilən tədbirlər, simpozium və konfranslar, panel müzakirələr, imza günləri, qiraət və musiqi saatları müəllim və şagirdlərdə xoş təəssürat yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi