“Gücümüz cəsarətimizdədir” aksiyası keçirilib

   Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı, eləcə də idman federasiyalarının dəstəyi ilə “Gücümüz cəsarətimizdədir”  adlı aksiya keçirilib. Qızların cəmiyyətdə bərabərhüquqlu iştirakının artırılması, qızlar arasında idmanın təşviqi və sağlam həyat tərzinin kütləvi şəkildə təbliği, asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyan aksiyaya Dənizkənarı Milli Parkın Azneft dairəsindən başlayan yürüşlə start verilib. Yürüşdən sonra rəsmi açılış tədbiri başlayıb.

   Daha sonra Azərbaycan idmanında öz sözünü demiş idmançılarımız – Olimpiya, ikiqat Dünya və beşqat Avropa çempionu, Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova, Azərbaycanın ilk qadın paralimpiyaçısı Zinyət Vəliyeva, Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Dünya və Avropa çempionu İradə Aşumova və qadınlar arasında beynəlxalq qrossmeystr, qızlar arasında Dünya və Avropa çempionu, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı Zeynəb Məmmədyarova, Azərbaycanın bədii gimnastı, IV, V İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa Çempionatının bürünc medalçısı Zöhrə Ağamirova səhnəyə çıxıblar. Onlar, qızlar arasında idmanın təşviqi, onların bu sahədə inkişaf etməsi ilə bağlı fikirlərini səsləndiriblər, onlara tövsiyələrini veriblər.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyevanın rəhbərliyi ilə 6d və 7b sinif şagirdləri həmin aksiyada fəal iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi