Şagirdimiz “Zəfər dastanı” adlı onlayn respublika müsabiqəsinin qaliblərindəndir

   Sentyabrın 28-də Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilib. Müsabiqənin keçirilməsində əsas məqsəd Vətən müharibəsində xalqımızın qazandığı qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarət olmuşdur. Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında şeir və mahnı nominasiyaları üzrə 2 yaş : 10-14 yaş və 15-18 yaş qrupunda və 2 mərhələdə keçirilib.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 9d sinif şagirdi Aysu İsmayılova mahnı nominasiyası üzrə qalib gələrək III yerə layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi