“Uşaq hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirilib

  

   20 noyabr 1989-cu ildə dünyanın 193 ölkəsi tərəfindən təsdiq və BMT tərəfindən qəbul edilən Uşaq Hüquqları Konvensiyasına qoşulan Azərbaycan öz üzərinə bir sıra öhdəliklər götürmüşdür. Belə ki, bundan sonra ölkədə milli qanunvericilik təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılmışdır.

   Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi, hüquqların müdafiəsi, təşviqi, pozulmasının qarşısının alınması və bərpası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

   20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” elan edilməsi ilə əlaqədar olaraq Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyevanın təşəbbüsü ilə “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda 6d sinif şagirdləri ilə maarifləndirici seminar keçirilib. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi