"Zəfərə gedən yol" adlı tədbir keçirilib

   Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən “Zəfər Günü” ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

   Bu “Tədbirlər Planına”na əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin tarix müəllimləri Samirə Əhmədova və Ayşəm Həsənovanın təşəbbüsü, 1 nömrəli Uşaq-gənclər yaradıcılıq mərkəzinin “Xalq folkloru” dərnəyinin rəhbəri Nəzakət Cahangirovanın təşkilatçılığı ilə  “Zəfərə gedən yol” adlı tədbir keçirilib. Tədbirdə Xətai rayon bələdiyyəsinin sədr müavini Nərmin Hacıyeva, məktəbin direktoru Cavid Əliyev başda olmaqla müəllim, şagird və valideyn kollektivi iştirak ediblər. İlk növbədə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs ruhları 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Məktəbin şagirdlərinin iştirakı ilə hazırlanan müxtəlif səhnəciklər, rəqslər və videoçarxlar tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.

   Tədbirin sonunda məktəbin direktoru Cavid Əliyev Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün edərək, şanlı qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində tarixi zəfər qazandığını qürur hissi ilə səsləndirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi