Zəfər Günü"nə həsr olunmuş "Açıq dərs"lər keçirilib

Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən “Zəfər Günü” ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu “Tədbirlər Planına”na əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə bütün siniflərdə "Açıq dərs"lər təşkil olunub. Dərslər şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək məqsədilə təşkil olunmuşdur. "Açıq dərs"lər zamanı Vətən müharibəsi şəhidlərinin ruhları bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə 44 günlük Vətən müharibəsində şücaət göstərmiş şəhidlərin həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub. Şagirdlər öyrəndikləri məlumatları, şeirləri səsləndiriblər. Həmçinin onların hazırladıqları əl işləri və rəsm nümunələri sərgilənib.