"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya təşkil olunub

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə dərs və məşğələlər  qurtardıqdan sonra, müxtəlif intelektual və musiqili yarışlar, viktorinalar və digər tədbirlər həyata keçirilir, həmçinin teatrlara və muzeylərə gəzinti təşkil edilir. Tədbirlərin təşkil olunmasında əsas məqsəd şagirdlərdə birgə şənlik, birgə məsuliyyət, kollektivə bağlılıq, digərlərinin fəaliyyətini qiymətləndirmə bacarığı, ədalətlilik, qürurlu olmaq, şəxsiyyətin  formalaşması, diqqətlilik, hazırcavablılıq, ümumi və kollektiv qayda və şərtlərə və digər müsbət hisslər formalaşdırmaqdır.

   Bu məqsədlə məktəbin fiziki tərbiyə müəllimi Şərafəddin Rəhimovun rəhbərliyi ilə 6d sinif şagirdlərinin "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiyası təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi