Xətai birinciliyi bizdədir

   02.10.2023 - cü il tarixdə Bakı şəhəri Gənclər və İdman İdarəsinin Xətai rayon məktəbləri arasında polis serjantı şəhid Rasim Oqtay oğlu Məmmədovun xatirəsinə həsr olunmuş " Şahmat turiniri " təşkil olunub. Tədbirdə Bakı şəhəri Gənclər və İdman İdarəsinin sektor müdiri Rəşad Əliyev, Bakı şəhəri Gənclər və İdman İdarəsinin Xətai rayon üzrə müdir əvəzi Tural Əhmədov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və şəhid ailələri ictimai birliyinin Xətai rayon filal sədri Fuad Salahov, müavini Mehman Məmmədov, Beynəlxalq şahmatçı Vüqar Əsədli, Qarabağ qaziləri, şəhidin valideynləri iştirak ediblər.Turnirə başlamadan öncə vətənimizin azadlığı uğrunda canlarını qurban vermis şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir iştirakçılarına şəhid Rasim Oqtay oğlu Məmmədovun haqqında məlumat verilib, haqqında videoçarx nümayiş etdirilib. 

   Şahmat yarışında Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 6f sinif şagirdi Məmməd Məmmədzadə, 7d sinif şagirdi Türkan İsayeva, 10e sinif şagirdi Ağaməmməd Mirzəyevdən ibarət “Mübarizlər” komandası rəqib komandaların iştirakçılarını məğlub edərək I yerə layiq görülüblər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi