“7-dən 17-yə vətənpərvər!”

   Gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onların vətənpərvərlik ruhunun artırılması başlıca prioritetlərdən biri hesab edilir. Çünki istənilən ölkənin gələcəyi onun yetişməkdə olan  gənclərindən asılıdır. “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planına” əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin şagirdləri vətənimizin azadlığı uğrunda canlarını vəda edərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə keçirilən tədbirlərdə fəal iştirak edirlər.

    Məktəbin hərbi rəhbəri Zöhrab Hacıyev “7-dən 17-yə vətənpərvər!” layihəsinə əsasən işğaldan azad edilmiş bölgələrin  tarixi və coğrafiyası, mədəni abidələri, tarixi şəxsiyyətləri ilə bağlı şagirdlərə məlumat verib. İşğaldan azad edilmiş bölgələrdə həyata keçirilən quruculuq işləri ilə bağlı videomateriallar şagirdlər tərəfindən maraqla izlənilib.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi