Psixoloq saatı: Təhlükəsiz informasiya axtarışı

   Yeniyetmənin yaş dövrü ilə bağlı xeyli sualları olur. Bu suallara haradan və necə cavab tapmaq hərdən çətinlik yaradır. Adətən, yeniyetmələr bu tipli sualları valideynlərə, müəllimlərə verməkdən çəkinirlər. Onlar üçün ən rahat informasiya kanalı həmyaşıdlarıdır.

   Çox zaman bəzi yeniyetmələr həqiqətə uyğun olmayan və ya kobud məzmunlu informasiya yaymaqla həmyaşıdlarında psixoemosional pozğunluq yaradırlar. Odur ki, həmyaşıdları heç də həmişə mötəbər informasiya mənbəyi hesab etmək olmaz. Valideynlər və müəllimlər bu barədə  daha etibarlı məlumat ötürə bilərlər. İnternet çox zaman böyük informasiya yolu adlandırılır, çünki o, bütün dünya boyu sonsuz miqdarda kompüterləri və onların istifadəçilərini birləşdirir. İnternetdən bir çox məqsədlər üçün istifadə edilir: tədqiqat, ünsiyyət, alış-veriş, əyləncə və s. Lakin  informasiya dəqiq, mötəbər, yoxlanılmış olmalıdır ki, insanların psixikasına əks-təsir göstərməsin.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdləri ilə  bu  mövzuda məşğələ təşkil olunub. Şagirdlər rollu oyunda ,cütlərlə işdə aktiv iştirak ediblər. Onları maraqlandıran suallar məktəbin psixoloqu Şəfəq Soltanova tərəfindən cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi