Bakı Zooloji Parkında dərs-ekskursiyası

   Təhsilalanların fəal öyrənməsinə dəstək verən üsullardan biri kimi dərs-ekskursiyalarının təşkili olduqca vacibdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Bakı Zooloji Parkında dərs-ekskursiyalarının təşkilinə dair Təlimat” hazırlanmışdır.

   “Zooparkda keçirilməsi tövsiyə edilən mövzuların siyahısı”na əsasən “Heyvanların orqanları və orqanlar sistemi”, “Heyvanların qidalanması” və “Heyvanlarda tənəffüs” mövzularını öyrənmək məqsədilə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 5c sinif şagirdlərinin “Bakı Zooloji Parkı”na ekskursiyası təşkil olunub. Aynur Məsimova təbiətdə yaşayan canlılar haqqında şagirdlərə ətraflı məlumat verib. Şagirdlər həm öyrənib, həm də əylənərək asudə vaxtlarını səmərəli keçiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi