Şagirdlərimiz Heydər Əliyev Mərkəzində

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Lətafət Məmmədovanın rəhbərliyi ilə 4a sinif şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Elm və Təhsil  Nazirliyi, həmçinin Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan ekskursiyanın məqsədi şagirdlərdə ulu öndər Heydər Əliyev irsinin dərindən öyrədilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi olub. Ekskursiya zamanı şagirdlərə Ümummilli liderimizin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib. Qeyd edilib ki, ulu öndərin həyat və fəaliyyəti ilə yaxından tanışlıq şagirdlərin biliklərinin  zənginləşməsində, Vətənə, xalqa və dövlətçiliyə sədaqət ruhunun yüksəldilməsində, təxəyyülün formalaşmasında  mühüm əhəmiyyət kəsb edir. Daha sonra müəllim və şagirdlər mərkəzi gəzərək  ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlarla tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi