Psixoloq saatı: Mən və mənim əhatəm

 

   Yeniyetmə yaşlarında uzun illər davam edən dostluq əlaqələri yaranır. Bəzən yeniyetmənin o qədər dostu olur ki, valideynlər təəccüblənirlər: bunlar doğrudanmı dostdurlar? Bəlkə yeniyetmə ümumi maraqları olan dost seçə bilmir? Yeniyetmələr həvəslə digərləri ilə tanış olurlar. Qarşılıqlı maraq və ətraf mühiti birlikdə dərk etmək həvəsi onlar üçün xüsusi dəyər kəsb edir. Bu, o qədər əyləncəli məşğuliyyətə çevrilir ki, uşaqlar dünyadakı hər şeyi: dərslərini, evdəki öhdəliklərini və digərlərini yaddan çıxarırlar. Bu zaman ünsiyyət və dostluq ilk plana keçir.

   bariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin yeniyetmə şagirdləri ilə də bu mövzuda seminar keçirilib. seminarın keçirilməsində əsas məqsəd şəxsiyyətlərarası münasibətlərin müəyyən olunmasıdır. Məşğələ “Mən kiməm? “ fəalliyyəti ilə başlayıb. Şagirdlər kağızda ad və soyadlarını yazıblar. Kağızlar qarışdırılıb və hər kəs birini götürərək kağızda adı yazılmış şagird haqqında qısa xasiyyətnamə yazıb. Sonda məktəbin psixoloqu Şəfəq Soltanova tərəfindən bütün yazılanlar oxunub. Şagirdlərlə yazılanların doğruluğu haqqında müzakirələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi