Müstəqilliyin Bərpası Gününə həsr olunmuş dərslər keçirilib

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş açıq dərslər keçirilib. Dərslər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Şagirdlərə ölkəmizin müstəqillik tarixini, təhsil sistemini, inkişaf yolunu, xarici siyasətini, iqtisadi və hərbi sahələrdə böyük tərəqqisini özündə əks etdirən videoçarxlar nümayiş etdirilib. Məktəbin müəllimləri Ulu Öndər Heydər Əliyevin yaratmış olduğu müstəqilliyi bu gün ölkə prezidenti İlham Əliyevin davam etdirməsini, müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə şagirdlərə ətraflı məlumatlar veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi