Məzun şəhidimiz Natiq Əhmədovun ildönümü yad edilib

44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı, unudulmaz səhifəsidir, həmçinin analoqu olmayan qəhrəmanlıq səhifəsidir. Bu tarixi zəfərin qazanılmasını biz şəhid və qazilərimizə borcluyuq. Həmin qəhrəmanlarımızdan biri də Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin məzunu olmuş şəhid Əhmədov Natiq Namiq oğludur. O, 27 sentyabr 2020-ci ildə başlanan II Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin ildönümünə həsr olunmuş açıq dərslər və seminarlarda şagirdlərə ətraflı məlumatlar verilib, bununla yanaşı həyatını əks etdirən videoçarx nümayiş olunub.