Müəllim üçün ən böyük sevinc şagirdinin uğurunu görməkdir

   2023/2024-cü tədris ili üzrə keçirilmiş qəbul imtahanlarında Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin bir sıra məzunları yüksək bal toplayaraq tələbə adını qazanmışdır. Həmin məzunlarından biri Yunis Rəhimli Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi adını qazanmışdır.

   Müəllim üçün ən böyük sevinc şagirdinin uğurunu görməkdir. Məzunumuzun bu uğuru qazanmasında məktəb müəllimlərinin rolu böyük olduğu üçün Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati və təşkilati məsəslələr üzrə prorektoru Şaiq Əsgərov tərəfindən “5 Oktyabr Müəllimlər Günü”ndə məktəbin direktoru Cavid Əliyevə ünvanlanmış təşəkkür məktubu da məhz bu uğurlardan biridir. Məzun Yunis Rəhimlini rəhbər heyət adından təbrik edir, gələcək həyatında uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi