Qəhrəmanlarımızı tanıyaq, tanıtdıraq!

Cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar - müstəqil vətənimizin keşikçiləri məktəbimizdə tərbiyə alır və formalaşır. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək məqsədilə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyevanın təşəbbüsü ilə 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş qəhrəman qazimiz Əşrəf Xudaverdilinin 6d sinif şagirdləri ilə görüşü keçirilib.