Məktəb kitabxanasında "Anım Günü"

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “dəyirmi masa”, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri və yaradıcılıq müsabiqələrinin keçirilməsi davam edir. Şagirdlər arasında təbliğat işləri aparmaqda əsas məqsəd torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş zabitlərimizi tanıtmaq və onlara vətənpərvərlik hisslərini aşılamaqdır.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin kitabxanasında Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyeva, psixoloq Şəfəq Soltanova və kitabxana müdiri Gülnarə Abbasovanın təşəbbüsü ilə “dəyirmi masa” təşkil olunub. Şagirdlərə yazıçı Hikmət Xudiyevin general-mayor Polad Həşimovdan bəhs edən kitabı təqdim edilib. Gülnarə Abbasova torpaqlarımız uğrunda şəhid və qazi olan qəhrəman övladlarımızın xatirəsini əbədiləşdirməyin, bu istiqamətdə davamlı işlər görməyin hər birimizin mənəvi borcu olduğunu bir daha çıxışında səsləndirib.