“Anım Günü”nə həsr olunmuş dərslər keçirilib

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “dəyirmi masa”, vebinar, "Açıq dərslər" , ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri və yaradıcılıq müsabiqələrinin keçirilməsi davam edir.

   Şagirdlər arasında təbliğat işləri aparmaqda əsas məqsəd torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş zabitlərimizi tanıtmaq və onlara vətənpərvərlik hisslərini aşılamaqdır.

   27 sentyabr Anım Günü barədə şagirdlərə ətraflı məlumat verdikdən sonra bildirilib ki, Vətən Müharibəsi Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin əyani təsdiqi kimi xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Müəllimlər çıxışlarında Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan vətəndaşlarımızın, bütövlükdə xalqımızın əzm və iradə nümayiş etdirərək, dəmir yumruq kimi birləşmələrini və Vətən Müharibəsində tarixi zəfəri təmin etdiklərini bir daha vurğulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi