"Anım Günü" tədbiri keçirilib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq salnaməsi yazan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edillib. Tədbirdə məktəbin direktoru Cavid Əliyev, müəllim kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

   Cavid Əliyev çıxışı zamanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə xalqımızın bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirməsini qeyd edib.

   Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər İsmayılova və hərbi rəhbər Zöhrab Hacıyev çıxışları zamanı 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrini məhv edərək yeni tarix yazdıqlarını qürur hissi ilə bildiriblər. Çıxışlar zamanı həmçinin 19 sentyabr 2023-cü il tarixdə 23 saat davam edən uğurlu əməliyyatdan da danışılıb. Real döyüş səhnələrini əks etdirən videoçarxlar şagirdlər tərəfindən maraqla izlənilib. Tədbir Ali baş komandan İlham Əliyevin sözləri ilə yekunlaşıb: “Biz Azərbaycanda həqiqətən tarixi anlar, günlər, illər yaşayırıq. İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz, beş gün bundan əvvəl uğurlu əməliyyat nəticəsində suverənliyimizin bərpası tarixi hadisələrdir və haqlı olaraq bununla qürur duyuruq.”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi