“27 sentyabr Anım Günü”nə həsr olunmuş rəsm müsabiqəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu əmrə əsasən, Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyevanın təşəbbüsü ilə “27 sentyabr Anım Günü”nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin formalaşdırılmasıdır.