Vətən şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

   27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən, Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyeva və şagirdlər iştirak ediblər. Məktəb ərazisinin şagirdlər tərəfindən həmişəyaşıl və meyvə ağacları yaşıllaşdırılması, dövlət bayramları, həmçinin digər tarixi günlərdə həmişəyaşıl ağacların əkilməsi, onlara qulluq edilməsi məktəbimizdə artıq adət-ənənə halını almışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi