“Heydər Əliyev 100 il” foto sərgi

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. “Heydər Əliyev İli” çərçivəsində görülən işlər davam edir.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin foyesində “Ulu Öndər Heydər Əliyevin 100 illiyi”nə həsr olunmuş foto sərgi təşkil olunub. Sərgidə müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotolar nümayiş olunur.