"18 Sentyabr-Milli Musiqi Günü” qeyd olunub

Üzeyir Hacıbəyov müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu olmuş, milli bəstəkarlıq məktəbinin təməlini qoymuşdur. O, Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın banisidir. 1995-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə 7e sinif şagirdlərinin iştirakı ilə bu əlamətdar günə həsr olunmuş “dəyirmi masa” təşkil olunub. Məktəbin musiqi müəllimi Tamara Zeynallı şagirdlərə dahi bəstəkarın "Leyli və Məcnun" operası, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları haqqında ətraflı məlumat verib. Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan "Koroğlu" operası haqqında şagirdlərlə diskussiya aparılıb.