“15 Sentyabr-Bilik Günü” qeyd olunub

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Bilik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə müəllimlər, şagirdlər, valideynlər, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Səkinə Hüseynova və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban İsrafilova iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəbin direktoru Cavid Əliyev çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs edib.
Səkinə Hüseynova ümumi təhsil müəssisələrində ilk dərslərin “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacağını çıxışı zamanı vurğulayıb.
Mehriban İsrafilova çıxışında yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.