2023/2024-cü tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə 2023/2024-cü tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib. İclasda məktəbin direktoru Cavid Əliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər İsmayılova, ibtidai siniflərdə təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Novruzova, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini Leyla Binnətova, psixoloq Şəfəq Soltanova, Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyeva və müəllimlər iştirak ediblər.
İclası giriş sözü ilə məktəbin direktoru Cavid Əliyev açıq elan edib. Cavid Əliyev 2022/2023-cü tədris ilində qəbul imtahanının nəticələrindən, həmçinin cari məsələlərindən danışıb. Eyni zamanda, yeni tədris ilində qarşıda duran vəzifələr, məktəbdə daha sağlam sanitar-epidemioloji və psixoloji mühitin yaradılması, təhsilalanların məsuliyyətinin artırılması və digər məsələlər müzakirə olunub. Cavid Əliyev çıxışının sonunda 2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacağını bildirib.
Pedaqoji Şura iclasında çıxış edən Ülkər İsmayılova tədris planlarından, 2023/2024-cü tədris ilinin başlanması barədə 3-29/3-2-548F/2023 nömrəli əmrindən, siniflərin komplektləşdirilməsindən, müəliimlərin dərs yükündən və sinif rəhbərlərinin təyinatından danışıb.
Pedaqoji Şura iclasında məktəbimizə 2023\2024-cü tədris ilində yeni təyin olunmuş müəllimlərin andiçmə mərasimi keçirilib.