Şagirdlərimiz gimnastika hamı üçün növü üzrə birinci Bakı Beynəlxalq “Challenge” turnirində

   İyunun 17-18-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş gimnastika hamı üçün növü üzrə birinci Bakı Beynəlxalq “Challenge” turniri keçirilib. Dənizkənarı parkda keçirilən yarışda Azərbaycan, Gürcüstan və Litvanı təmsil edəcək 46 komandadan 500-dək idmançı bacarığını nümayiş etdirib. Tədbirə iştirakçıların “Dəniz Mall” ərazisindən Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı əraziyədək yürüşü ilə start verilib. Komandaların musiqi sədaları altında rəngarəng nömrələri qonaqlara və şəhərimizin sakinlərinə xoş anlar bəxş edib.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin şagirdləri də Uşaq Birliyi Təşkilat Rəhbəri Şərqiiyə Əliyevanın təşkilatçılığı ilə gimnastika hamı üçün növü üzrə birinci Bakı Beynəlxalq “Challenge” turnirində fəal iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi