"Son zəng" tədbiri keçirilib

   İyunun 14-də paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb. “Son zəng”ə həsr olunmuş tədbir Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə də təntənəli şəkildə qeyd olunub. Tədbirdə Gənclər və İdman Nazirliyinin Xətai rayon üzrə nümayəndəsi Mamed Rzayev, məzunlar, valideyn komitələri, valideyn-müəllim assosiasiyaları, ictimaiyyət nümayəndələri və müəllimlər iştirak ediblər.

   Məktəbin direktoru Cavid Əliyev tədbiri açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Çıxışı zamanı direktor şagirdlərin yerli və beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlardan danışıb. C.Əliyev bildirib ki, məktəbdə 1998 şagird təhsil alır, onlardan 105 nəfəri bu il məzun adını qazanır.

   Məzunların həyatında yeni mərhələnin açıldığını deyən Təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər İsmayılova onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.

   Tədbirdə çıxış edən digər müəllimlər və valideynlər məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.

   Daha sonra məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqramlar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi