Qəhrəmanlarımızı unutmarıq! Unutdurmarıq!

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnaməsini rəhbər tutaraq “7-dən 17-yə vətənpərvər! “ layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin keçirilməsində məqsəd şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltməkdən ibarətdir.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Sahibə Mammedovanın təşəbbüsü ilə 4b sinif şagirdləri II Qarabağ döyüşündə iştirak edən Murov qartalı ləqəbli şəhid Kapitan Pənahov Əkbər Bəylər oğlunun xatirə guşəsini ziyarət ediblər. Şəhidin xatirə guşəsinin önündə torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi 1dəqiqəlik sükutla yad edilib. Həmçinin məktəbin şagirdləri Sahibə Mammedovanın rəhbərliyi ilə şəhidimizin ailə üzvləri ilə görüşüblər. Görüş zamanı Sahibə müəllim şəhidlərimizin xatirəsini əbədiləşdirməyin və bu istiqamətdə davamlı işlər görməyin hər birimizin mənəvi borcu olduğunu bir daha səsləndirib.