"Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi"

  Ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Şagirdləri sudan düzgün və səmərəli istifadə etmək haqqında məlumatlandırmaq məqsədilə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Uşaq Birliyi Təşkilat Rəhbəri Şərqiyyə Əliyevanın və ibtidai sinif müəllimi Fidan Mirzəyevanın təşəbbüsülə 2c sinif şagirdlərinin iştirakı ilə maarifləndirici görüş təşkil olunub. Dərs zamanı şagirdlərə ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlər görüldüyü bildirilib. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə iri layihələr icra olunduğu haqda ətraflı məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi