Təbii sərvətlərimizi qorumalıyıq!

   Ölkədə təbiətin, flora və faunanın qorunması, ətraf mühitin, təbii ehtiyatların, onların mühafizəsi, bərpası davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilib. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə şagirdlərlə maarifləndirici görüş keçirilib.

   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları uzun illər ərzində yaranan ekoloji problemlər təhlil edərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramlarını təsdiq edib, onların icrası istiqamətində tədbirlər görülməsi barədə şagirdlərə ətraflı məlumatlar veriblər. Həmçinin şagirdlər sudan düzgün və səmərəli istifadə etmək haqqında məlumatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi