“1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü”dür!

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd edilir. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Məktəbimizin ibtidai sinif şagirdləri bugünü əyləncəli və unudulmaz etmək üçün müxtəlif şeirlər səsləndirib, rəqslər nümayiş etdirib, mahnılar ifa ediblər.
Məktəbin direktoru Cavid Əliyev Ulu Öndər Heydər Əliyevin 1 iyun 1998-ci il Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səsləndirdiyi “Uşaqlar dünyada hamı üçün əzizdir” fikrini bir daha çıxışı zamanı vurğulayıb.