Vətənpərvər şagirdlərimiz Azərbaycan Hərb Tarixi Muzeyində

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlıq müəllimi Zöhrab Hacıyevin rəhbərliyi ilə kiçik akademiyanın üzvlərinin Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil olunub. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərə hərbi vətənpərvərlik hissini aşılamaq, onlara Azərbaycan hərb tarixi haqqında məlumat vermək olub.
Bələdçi-tərcüməçi kiçik akademiyanın üzvlərinə muzeyin ilk zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna-Midiya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycanda xanlıqların yaranması və onların qoşun növləri haqqında ətraflı məlumat verib. Muzey bələdçisi Gülnar Bəşirova Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qurucuları, dövlət atributları - gerbi, bayrağı, himni ilə bağlı ətraflı məlumatları ekskursiya iştirakçılarına çatdırıb.
Hərbi rəhbər Zöhrab Hacıyev Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan hərbi texnikalar haqqında şagirdlərimizə ətraflı məlumat verib.