“Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib

“Dəyirmi masa”da məktəbin Nizam-intizam Şurasının tərkibinə daxil olan direktor Cavid Əliyev, Nizam-intizam koordinatoru Leyla Binnətova, məsul şəxs Şərqiyyə Əliyeva, psixoloq Fatiməxanım Qasımova, sinif rəhbəri Samirə Əhmədova, fənn müəllimi Ayşəm Həsənova, valideyn Ceyran Hasani iştirak ediblər. Cavid Əliyev tərəfindən məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan şagirdlər, səmərəli məktəb mühiti haqqında geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirilib. Ceyran Hasani şagird davranış qaydaları ilə bağlı məktəblilərin bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumtəhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edilməsinə, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verilməsi barədə fikir söyləyib.