Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya təşkil olunub

Hər bir gəncin formalaşmasında, gələcəkdə layiqli bir şəxsiyyət kimi yetişməsində məktəbin fəaliyyəti inkaredilməzdir. Məktəblilərin asudə vaxtının maraqlı təşkili pedoqoji kollektivin də əsas vəzifələrindən biridir. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə dərs və məşğələlər qurtardıqdan sonra, müxtəlif intelektual və musiqili yarışlar, viktorinalar və digər tədbirlər həyata keçirilir, həmçinin teatrlara və muzeylərə gəzinti təşkil edilir. Tədbirlərin təşkil olunmasında əsas məqsəd şagirdlərdə birgə şənlik, birgə məsuliyyət, kollektivə bağlılıq, digərlərinin fəaliyyətini qiymətləndirmə bacarığı, ədalətlilik, qürurlu olmaq, şəxsiyyətin formalaşması, diqqətlilik, hazırcavablılıq, ümumi və kollektiv qayda, eləcə də digər müsbət xarakterlər formalaşdırmaqdır.
Bu münasibətlə məktəbin 6D sinif şagirdlərinin informatika müəllimi Aynur Paşayevanın rəhbərli ilə Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiyası təşkil olunub.