Pedaqoji Şura iclası keçirilib

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə növbəti Pedaqoji Şura iclası keçirilib. İclasda məktəbin direktoru Cavid Əliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər İsmayılova, ibtidai siniflər üzrə təlim-tərbiyə işləri direktor müavini Dilarə Novruzova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Leyla Binnətova, Uşaq Birliyi Rəhbəri Şərqiyyə Əliyeva, psixoloq Fatiməxanım Qasımova və fənn müəllimləri iştirak ediblər.

   Məktəbin direktoru Cavid Əliyev tərəfindən məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan şagirdlər, səmərəli məktəb mühiti haqqında geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirilib. Şagird davranış qaydaları ilə bağlı məktəblilərin bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumtəhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurların müəyyən edilməsinə, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verilməsi barədə iclas iştirakçıları fikirlər söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi