“Heydər Əliyev ili”nə həsr olunmuş yarış keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq, "2023-cü il Heydər Əliyev İli” elan edilib. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli”nə həsr olunmuş müxtəlif tədbirlər, müsabiqələr, sərgilər, açıq dərslər, dəyirmi masa və seminarlar keçirilib. Məktəbin Çağrışaqədərlik hazırlıq fənn müəllimi Zöhrab Hacıyevin rəhbərliyi ilə “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda müsabiqə keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını möhkəmləndirmək, onları vətənpərvərlik ruhunda tərbiyə etmək olub. Məktəbin X sinif şagirdləri arasında keçirilən müsabiqədə 10a sinif şagirdlərinin komandası I, 10b sinif şagirdlərinin komandası II, 10f sinif şagirdlərinin komandası isə III yerə layiq görülüb.